13 mart 2018 17:11

Plazalarda ofislərin kirayəsi neçəyədir? - QİYMƏTLƏR

Bakıda biznes mərkəzləri üzrə ofislərin kirayə qiymətləri məlum olub. FED.az xəbər verir ki, hazırda plazalar üzrə ofislərin kirayə qiymətləri 10-22 manat arasında dəyişir. Ən ucuz kirayə ofislər Xətai rayonunda yerləşən Babək Plazadadır. Burada ofislərin kirayəsi 10-12 manat arasında dəyişir. Digər ən ucuz ofislər isə Nərimanov rayonunda STN Plazadadır. Burada qiymətlər 12 manatdan başlayır.

Ən baha ofislərin kv.m üzrə qiyməti isə 22 manat təşkil edir. Bu qiymətə ofisi Səbail rayonunda yerləşən Sahil Plazadan kirayələmək olar.

Daşınmaz əmlak bazarı üzrə rieltor Asif Yusubov Fins.az-a bildirib ki, ofislərin kirayə qiymətləri plazalarınəlverişli nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi, həmçinin şəhər mərkəzinə yaxın olmaları ilə ölçülür. Ümumilikdə ən yüksək kirayə qiymətləri şəhər mərkəzinə yaxın biznes mərkəzlərində, ən ucuz kirayə qiyməti isə Nərimanov və Yasamal rayonlarında yerləşən biznes mərkəzlərdədir.

Rayonlar

Plazalarda ofislərin kirayəsi kv.m/ AZN

Plazalar

Qiymətlər

Nəsimi

Af Mall biznes mərkəzləri

18-20 AZN

Səbail

Sahil Plaza

22 AZN

Xətai

Babək plaza

10-12 AZN

Rusel Plaza biznes Mərkəzi

14–20AZN

Azure Biznes mərkəzi

13-17 AZN

Nərimanov

Allaz Park Biznes mərkəzi

12-14 AZN

Çinar Plaza

25 AZN

STN Plaza

12 AZN

Yasamal

Globus Plaza

15-17 AZN

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz