13 mart 2018 16:13

Azərbaycanın yükünü bu avtomobillər daşıyır

Ölkələr arasında ticarət dövriyyəsinin artmasında yük daşımaları əsas rol oynayır. Yük daşımaları isə, hava, su, dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirir. Azərbaycanda avtomobil vasitəsilə yük daşımaları həyata keçirən 70-dən çox şirkət var. Həmin şirkətlərin əksəriyyəti nəqliyyatın bütün növləri ilə yük daşıyır. Lakin yalnız avtomobil vasitəsilə də bu işi görən şirkətlər var.

Eləcə də bax: Hərraca çıxarılan dövlət avtomobillərinin start qiyməti – 1300 AZN

FED.az xəbər verir ki, Azərbaycandan əsasən, “Mercedes”, “Renault”, “İveco”, “DAF”, “Man” markalı yük avtomobilləri ilə yük daşımaları həyata keçirilir. Yük daşıma şirkətlərinin bəzilərinin öz avtomobilləri yoxdur. Maşınları sahibkarlardan icarəyə götürərək iş görürlər.

Yüklər əsasən, MDB ölkələrinə, İran və Türkiyəyə daşınır. Azərbaycan yüklərinin Avropa ölkələrinə çıxarılması istiqamətində də xeyli irəliləyiş var.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz