13 mart 2018 15:36

Bu şirkətlərə 79 milyon manat investisiya qoyulub - SİYAHI

Abşeronda tərəvəz məhsullarının konservləşdirilməsi, süd, spirtli içki, mineral su, un, şirniyyat məhsulları istehsalı üzrə 8 sahibkar tərəfindən 23 milyon manatlıq investisiya qoyulub.

Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, tikinti materialları istehsalı üzrə isə 11 milyon manatlıq investisiya qoyulub.

Məlumatda bildirilir ki, hazırda ümumi investisiya dəyəri 79 milyon manat olan Hökməli qəsəbəsində “Şahin Dəri” MMC tərəfindən dəri emalı müəssisəsinin, Məmmədli kəndində “Konform” MMC tərəfindən metal məmulatlar istehsalı müəssisəsinin, Saray qəsəbəsində “Attariki” MMC tərəfindən radiator istehsalı müəssisəsinin, Xırdalan şəhərində “Azdersan” MMC tərəfindən kişi və qadın dəri üst geyimləri müəssisəsinin, Məmmədli kəndində “Çıraq İnşaat” MMC tərəfindən əlvan metal məmulatlar istehsalı müəssisəsinin, Ceyranbatan qəsəbəsində “Fiber Karton” MMC tərəfindən karton qutu istehsalı müəssisəsinin inşası həyata keçirilir.
Bu siyahıya aid olan, Mehdiabad qəsəbəsində “Prometal” MMC tərəfindən polimer örtüklü dəmir istehsalı zavodu isə artıq fəaliyyətə başlayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz