13 mart 2018 14:22

“NIKOIL Bank”da yeni - TƏYİNAT

“NIKOIL Bank” ASC-nin Audit komitəsinə yeni sədr təyin edilib.

FED.az bu bnarədə Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, Allahverdiyev Hikmət Faiq Oğlu “NIKOIL Bank” Audit komitəsinin sədri seçilib.

H. Allahverdiyev bundan öncə, dünyaca məşhur audit şirkətinin Azərbaycan üzrə şirkəti -“Moore Stephens Azerbaijan” MMC-də direktor vəzifəsində çalışırdı.

Xatırladaq ki, bu vəzifə bankın saytında vakant kimi göstərilirdi. Hazırda Komitədə əlavə bir nəfər Vladimir Tyurin Audit Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin