13 mart 2018 13:57

“Kapital Bank” hər səhmə 6,32 manat dividend ödəyəcək

“Kapital Bank” ASC 2017-ci ilin yekununda əldə etdiyi 94 839,9 min manat xalis mənfəətinin hamısını səhmdarlarına divident kimi ödəyəcək.

FED.az xəbər verir ki, bununla bağlı qərarın Bankın səhmdarlarının sabah keçiriləcək ənənəvi illik yığıncağında qəbul ediləcəyi gözlənilir.

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası səhm sahiblərinə divident ödənilməsinə razılıq verib. Fiziki şəxslərə ödəniləcək dividentdən vergi tutulmayacaq.

“Kapital Bank”ın 185,85 mln. manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. ədəd səhm əsasında formalaşdığından, hər səhmə görə 6,32 manat və yaxud onun nominal dəyərinin təxminən 51%-i qədər divident ödəniləcək. Bu isə ötən illə müqayisədə 81,1% və yaxud 2,83 manat çoxdur.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 180 fiziki şəxsə məxsusdur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin