13 mart 2018 10:33

Azərbaycanda törəməsi olan daha bir türk bankının reytinqi endirildi

“Moody's” beynəlxalq reytinq agentliyi ”Yapı Kredi Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və milli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

FED.az agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “neqativ”dir.

Məlumatda bildirilir ki, bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dir. “Bankın reytinqinin aşağı salınmasına təsir göstərən əsas səbəb əməliyyat mühitinin zəifləməsidir. 2017-ci ildə müəyyən inkişafa baxmayaraq, güman edirik ki, bankın aktivləri zəifləyəcək, bu da öz növbəsində təminatsız pərakəndə ticarət seqmentinə təsir edəcək. Bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 4,1%-ni təşkil edib, çünki 2017-ci ilin sonunda digər aparıcı Türkiyə bankları ilə müqayisədə ”Yapı Kredi Bank”ın aktivlərinin keyfiyyəti zəifləyib. Düşünürük ki, bankın gəlirliliyi yaxşılaşır, buna baxmayaraq makroiqtisadi volatillik bu gəlirliliyi təzyiq altında qoya bilər,” – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri bildirir ki, reytinq üzrə proqnozun neqativ olması bankda çətin əməliyyat mühitinin gələcəkdə bankın kredit profilini zəiflədə biləcəyi ilə əlaqədardır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz