13 mart 2018 10:09

Kapital Bank 15 faizlə İMTİYAZLI SƏHM BURAXACAQ

Kapital Bank” ASC tərəfindən 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması gözlənilir. FED.az xəbər verir ki, bununla bağlı qərar isə martın 14-də “Kapital Bank” ASC-nin səhmdarlarının yığıncağında qəbul ediləcək.


15 - yaxşı faizdir!

2017-ci ili yüksək gəlirlikliklə başa vuran Kapital Bankın səhm buraxmaq qərarı çox maraqlı nüanslar yaradır. Səhmlərin 15%-lik gəlirlilik vəd etməsi də hazırki depozit faizlərinə baxsaq, kifayət qədər yüksək və cazibədar təklifdir.

Ona görə də imtiyazlı səhmlərin alıcılarına vəd etdiyi imkanlar barədə PSG Kapital şirkətinin icraçı direktoru Cəfər İbrahimlinin fikirlərini öyrəndik: “İmtiyazlı səhmlərdə səsvermə və idarəetmə hüququ yoxdur,amma adi səhmlərdə bu hüquqlar var. İmtiyazlı səhmləri buraxdığı zaman konkret bəlli bir faizlə, müəyyən müddətə, müddətsiz olaraq vəsait cəlb eləmiş olurlar”.

Hər halda bankın 15% ilə imtiyazlı səhmlərini kimə satacağı da maraqlı mövzudur. Hələ bu da dəqiq deyil ki, səhmlər qapalı şəkildə bir səhmdara və yaxud açıq səhmdarlara satılacaq. “Burada konkret bir fikir demək çətindir. Lakin onu demək olar ki, 15 yaxşı faizdir”, deyən C.İbrahimov səhm satışının məqsədi barədə bunları sözylədi: “İmtiyazlı səhmlərdən daxil olan vəsait kapitala düşür. Yəni, bank məcmu kapitalının həcmini artıracaq. Ola bilər ki, Kapital Bankın inkişaf üçün hər hansı bir strategiyası var və məcmu kapitalının artrılması buna görə vacibdir.

Mənfəət olan yerdə səhm satışı?!

Qeyd edək ki, Kapital Bank 2017-ci ili 95 milyon manat xalis mənfəətlə başa vurub. Bu halda bankın imtiyazlı səhm buraxmaq niyyəti də maraqlıdır. Çünki bank əlindəki mənfəəti divident şəklində bölüşdürməyərək, kapitala daxil edə bilərdil.

C.İbrahimli hesab edir ki, Bankın öz divident siyasətini qorumağa çalışdığı nəzərə çarpır. “Onlar 3 ildir, normal divident veriblər. Əgər bu ildə versələr 4-cü il olacaq və dolayısı ilə Kapital Bank bu trendi saxlamaq istəyir”.


Səhmləri də bahalaşdı

Kapital Bankın səhmlərinin hal-hazırda bazar qiyməti 20 manatdan 25 manata qalxıb. Artım bankın mənfəət açıqlamasından sonra baş verib. C.İbrahimlinin proqnozlarına görə, divedenti bölsələr belə səhmlərin qiyməti çox da aşağı düşməyəcək. Bankın maliyyə vəziyyəti yaxşı olduğu üçün ilkin mərhələdə divident bölüşdürüləndən sonra təcrübədə səhmlər aşağı düşür və sonra yenidən qalxır və stabilləşir. Biz birja dilində buna düzəlmə deyirik”.
Qeyd edək ki, saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın səhmdarlarının növbəti ümumi yığıncağında “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi, 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi də müzakirə ediləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz