13 mart 2018 09:56

“Moody's” “Ziraat Bank Azərbaycan”ın reytinqini enirdi

“Moody's” beynəlxalq reytinq agentliyi “Ziraat Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

FED.az reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib.

Məlumatda bildirilir ki, bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib. “Bu reytinq dövlətin suveren reytinqinin aşağı salınması ilə ehtiyac yarandığı halda banka dövlət dəstəyinin zəifləyəcəyini əks etdirir. Reytinq üzrə proqnozun stabil olması isə birbaşa Türkiyənin suveren reytinqi üzrə proqnozla bağlıdır.

Qeyd edək ki, Türkiyənin "Ziraat Bankası" 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə "Ziraat Bank Azərbaycan” ASC törəmə strukturu vasitəsilə bank fəaliyyəti göstərmək üçün lisenziya alıb. "Ziraat Bank Azərbaycan"ın səhmlərinin 99,98%-i "Ziraat Bankası"nın payına düşür.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin