13 mart 2018 08:54

Dünya birjalarında NEFTİN QİYMƏTİ

Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.

FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,23% ucuzlaşaraq 61,22 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,17% enərək 64,84 dollar olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz