12 mart 2018 19:19

Azərbaycandan Hindistana aviareys açıla bilər

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

FED.az xəbər verir ki, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.
trend

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz