12 mart 2018 15:43

Palata bankların fəaliyyətini qiymətləndirəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ekspert Qrupu arasında görüş keçirilib.

FED.az xəbər verir ki, görüşdə banklarda müxbir hesabların açılması, aparılması və bağlanılması qaydaları, bankların müxbir əlaqələrinin möhkəmləndirilməsinə, o cümlədən müxbir hesabların vahid təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Qərara alınıb ki, banklarda hesabların açılması ilə bağlı sorğu anketi tərtib edilsin və Palata bankların dəyərləndirilməsini aparsın.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdiribarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin