12 mart 2018 15:26

Hərraca çıxarılan dövlət avtomobillərinin start qiyməti – 1300 AZN

Dövlət qurumlarının avtomobillərini hərraca çıxartması halları artır. FED.az xəbər verir ki, hərracda Nazirlər Kabineti Aparatının İşlər İdarəsi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyinin avtomobilləri var.

Avtomobillərin qiyməti 1300 manatdan başlayır, 21 min manata qədər artır. Hərrac 10 aprel 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

S/N

Müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

Buraxlış ili

İlkin qiymət
(AZN)

10% Beh
(AZN)

1

Nazirlər Kabineti Aparatını İşlər İdarəsi

BMW 730

2006

21 000

2 100

2

Nazirlər Kabineti Aparatını İşlər İdarəsi

Chevrolet Epica

2008

8 100

810

3

Nazirlər Kabineti Aparatını İşlər İdarəsi

Chevrolet Epica

2007

7 800

780

4

Energetika Nazirliyi

Hyundai Sonata

2008

8 500

850

5

Energetika Nazirliyi

Hyundai Sonata

2007

7 500

750

6

Energetika Nazirliyi

Ford Mondeo

2006

4 500

450

7

Energetika Nazirliyi

Ford Fokus

2007

4 000

400

8

Energetika Nazirliyi

QAZ-3110-101

2003

1 300

130

9

Dövlət Statistika komitəsinin Şabran Rayon Statistika İdarəsi

VAZ - 21041

2008

1 600

160

10

Daxili İşlər Nazirliyi Maddi- Texniki Təminant Baş İdarəsinə bilavasitə tabe olan avtomobil təsərrüfatı

Mersedes- Benz Daimler

1987

1 500

150


Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunur.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz