12 mart 2018 12:30

Neft ehtiyatına görə Azərbaycan neçəncidir? - REYTİNQ

Beynəlxalq reytinq təşkilatı "Global Firepower" 2017-ci ilin yekunu üzrə ən çox neft ehtiyatına malik olan ölkələrin reytinqini açıqlayıb.

FED.az xəbər verir ki, reytinqdə Azərbaycan 7 mlrd. barellik göstərici ilə 20-cidir.

Reytinqdə I yeri 300 mlrd. barel həcminə neft ehtiyatı ilə Venesuela tutub. II sırada Səudiyyə Ərəbistanı (269 mlrd. barel), III sırada isə Kanada (171 mlrd. barel) qərarlaşıb. İran 157,8 mlrd. barellik, İraq isə 143 mlrd. barellik göstəricilərlə 4-5-ci yerləri bölüşdürüb.

Rusiyanın neft ehtiyatları isə 80 mlrd. barel təşkil edib və sıralamada 8-ci yerdədir. ABŞ-ın neft ehtiyatları 36,5 mlrd. barel (11-ci), Qazaxıstanın neft ehtiyatları isə 30 mlrd. barel (12-ci) təşkil edib. Reytinq cədvəlində 50-ci olan Türkiyənin neft ehtiyatları isə 300 mln. bareldir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz