12 mart 2018 12:20

Respublika Süni Mayalanma Mərkəzi - Tender elanı

2018ci il İribuynuzlu Mal-qaranın Qulaq Birkasının Satınalınması:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən Respublika Süni Mayalanma Mərkəzində əlaqələndirici şəxs Vidadi Şirinovdan ( telefon nömrəsi: 02220 52065) ala bilərlər.

Mərkəzin rekviziti: Respublika Süni Mayalanma Mərkəzi
H/h: Az30AİİB32051019448300201183
Vöen: 76000031051
Bank: “Kapital Bank”ın Göygöl filialı
Kod: 200833
Vöen: 9900003611
M/h: Az37NABZ 01350100000000001944
SWİFT: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 6 aprel 2018-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı , hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə sertifkatları;
Sənədlər Azərbaycan dilində 2 nüsxədə əsli və surəti tərtib olunmalıdır.

Tender proseduru 2018- ci il aprelin 17- də Respublika Süni Mayalanma Mərkəzinin 1-ci mərtəbəsində keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifləri və bank zəmanətini 16 aprel 2018- ci il saat 18.00 - a qədər möhürlənmiş ikiqat zərfdə Göygöl rayonu, Firuzabad qəsəbəsi Respublika Süni Mayalanma Mərkəzinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Ünvan: Göygöl rayonu, Firuzabad qəsəbəsi ,Respublika Süni Mayalanma Mərkəzi.
E-mail: azrsmm@gmail.com
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz