12 mart 2018 12:02

Hərracda tələb 5 dəfə artdı

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən FED.az-a verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 131,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Eləcə də bax: 1 illik fasilədən sonra ilk dəfə artıb

Bununla da depozit hərracında tələb təklifi 5,7 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz