11 mart 2018 02:50

Həkimlər maaş artımına etiraz edirlər – KANADADA

Kanadada 500-dən artıq həkim və 150-dən artıq tələbə-həkim öz maaşlarının artırılmasına etirazı ediblər. FED.az xəbər verir ki, həkimlər öz etirazlarını hökumətə açıq məktubla bildiriblər. «Biz Kvebek (Kanadada fransız dilli əyalət – FED.az) həkimləri, hansı ki, güclü cəictimai sistemə inanırıq, bir qədər əvvəl bizim federasiyalarla razılaşdırılmış maaş artımına etiraf edirik», deyə məktubda bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl həkimlərin maaşlarının artırılması üçün 500 milyon dollar ayrılıb. Həkimlər bildirirlər ki, tibb bacılarının və digər personalın maaşlarının az olduğu bir vaxtda onların maaşlarının artırılmasını özlərinə qarşı təhqir sayırlar.

«Bu artım həm də ona görə, bizi təəccübləndirir ki, bizim tibb bacıları və digər işçilərimiz çox çətin əmək şəraitində işləyirlər, pasiyentlərimiz isə lazımi tibbi xidmətlərə çıxmaqda çətinliklərlə üzləşirlər. Bu vəziyyətdə bizim maaşlar artırılmalı deyildi» - məktubda deyilir.

Xatırladaq ki, hazırda Kanadada ictimai səhiyyə sistemi fəaliyyət göstərir. Bu sistem ölkə vətəndaşlarını ödəniş qabiliyyətinə deyil, ehtiyaclarına görə tibbi xidmətlərlə təmin edir. İndi isə 213 həkim, 184 mütəxəssis, 149 rezident həkim və 162 tələbə-həkim tələb edir ki, onların maaşlarının artırılması üçün ödənilən vəsait yenidən səhiyyə sisteminə qaytarılsın. «Hesab edirik ki, əhalinin sağlamlığını qorumaq və işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün vəsaitləri daha ədalətli bölüşdürmək imkanları var.

Eləcə də bax: Bakıda ən yüksək maaşı kimlər alır?

Xatırladaq ki, Kanadanın səhiyyə haqqında informasiya institutunun məlumatlarına görə, bu ölkədə həkislərin orta illik maaşı 260,9 min ABŞ dolları və ya 339 min Kanada dollarıdır. Ailə həkimləri ildə orta hesabla 211,7 min dollar, cərrahlar isə 354,9 min dollar qazanırlar. Amma bu məbləğərdən vergilər və digər ödənişlər çıxılır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz