10 mart 2018 13:25

Azərbaycanda mebel satışı artıb

Azərbaycan ötən fevral ayı ilə müqayisədə mebel idxalını 16%-ə yaxın artırıb.

FED.az Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, mebel və onun hissələrinin idxalına ötən ilin fevral ayında 11 milyon 605 min dollar xərclənibsə, bu il həmin rəqəm1 milyon 842 min dollar və ya 15,8% artaraq 13 milyon 447 min dollar təşkil edib.

Məlumatda bildirilir ki, ötən ilin müvafiq nəticələrinin ümumi idxala nisbəti 1,19% idisə, hazırda bu faiz nisbəti 0,95-dir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz