10 mart 2018 11:21

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,33 dollar və yaxud 2,04% artıb.

FED.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,61 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz