10 mart 2018 11:15

Tbilisidə elektrik avtobus istehsal ediləcək

Gürcüstanın "Freqobas" şirkəti Tbilisidə Almaniya və Çin tərəfdaşları ilə birlikdə elektrikli avtobus istehsalı üzrə zavod açacaq.

FED.az xəbər verir ki, şirkətin rəhbəri Murmana Patarayanın verdiyi məlumata görə, müəssisə Tbilisi yaxınlığında yerləşəcək və burada təxminən 150 nəfər işləyəcəkdir.

Zavodda elektrik avtobusların yığılması və lazımi hissələrinin istehsalı nəzərdə tutulur. Avtobusa elektrik yığmaq üçün lazım olan qurğular şirkətin tərəfdaşları tərəfindən təmin ediləcək

İldə 300-400 avtobusun yığılması və Avropa İttifaqının müxtəlif ölkələrinə ixracı nəzərdə tutulur.

"Freqobas" 2017-ci ilin noyabr ayında Çinin "ZTE Corporation" və Almaniyanın "Eurobus" şirkətilə Gürcüstanda elektrikli avtobus istehsalı məqsədi ilə saziş imzalayıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz