09 mart 2018 14:01

Avtomobil idxalı 2 dəfə artdı - RƏQƏMLƏR

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb.

FED.az Komitəyə istinadən xəbər verir ki, ümumilikdə 2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub ki, bu da öyən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilmişdi.

Avtomobillərin 11 ədədi motorlu nəqliyyat vasitələri, 1 867 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

2017-ci ilin Yanvar-Feval aylarında Azərbaycana 1 003 ədəd nəqliyyat vasitəsi, o cümlədən 852 ədəd minik avtomobili, 139 ədəd yük avtomobili, 5 ədəd avtobus və 7 ədəd xüsusi təyinatlı texnika idxal olunmuşdu.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin