09 mart 2018 11:46

Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

FED.az xəbər verir ki, bunu açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq.

"Bununla yanaşı, həmin istiqamətdə uçan təyyarələrin daha böyükləri ilə əvəzlənməsə mümkündür", - deyə o, qeyd edib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz