09 mart 2018 11:22

Dövlət Komitəsinə əlavə 3 xidməti avtomobil verilir

Nazirlər Kabineti «Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında» Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

FED.az xəbər verir ki, budəfəki qərarla Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə yeni 3 xidməti avtomobil ayrılıb. Beləliklə avtomobillərin sayı ümümlilikdə 6-ya çatıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin