07 mart 2018 19:40

Bu şəxslər Litva və Benilüks ölkələrinə vizasız səfər edə biləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

FED.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz