07 mart 2018 13:06

Bakı Şopinq Festivalının başlayacağı tarix açıqlandı

Bu ilin mayın 1-dən 31-dək Bakı Şopinq Festivalı keçiriləcək.

FED.az xəbər verir ki, hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaq.

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcək. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər festivala qoşulacaq.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 manatdan çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz