07 mart 2018 12:48

Bakıda ən az yanacaq işlədən “Toyota”satışa çıxarıldı -QİYMƏTLƏR

Bakıda yeni “Toyota” krossoveri - “C-HR” satışa çıxarılıb. FED.az xəbər verir ki, bu barədə “Toyota Bakı Mərkəzi”ndən bildirilib.

Eləcə də bax: Xanımların bəyəndiyi avtomobil modelləri – SİYAHI,QİYMƏTLƏR

Krossover Bakıda 2 versiyada təqdim edilib. 1.2l turbo mühərrikli “C-HR” 116 at gücü hasil edir. Avtomobilin maksimum sürəti 180 km/saat, qarışıq yanacaq sərfiyyatı isə 6,6 l təşkil edir. Şirkət iddia edir ki, bu, “Toyota” modelləri arasında ən az yanacaq işlədən avtomobildir. Digər versiya 150 at gücü hasil edən 2.0 l mühərriklə təhciz edilib. Bu versiyanın qarışıq yanacaq sərfiyyatı 6,9 l, maksimal sürəti isə 195 km/saat-dır.

Eləcə də bax: Ən yığcam avtomobil modelləri – SİYAHI, QİYMƏT

1.2l turbo mühərrikli krossoverin qiyməti 43 min manat (25 500 dollar), 2.0 l mühhərikli “C-HR”ın qiyməti isə 41 min manatdan (24 300 dollardan) başlayır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin