07 mart 2018 11:39

BP neftin qiymətinə dair proqnozunu açıqlayıb

Neftin qiymətinin yaxın bir neçə ildə 50-65 dollar/barel arasında dəyişməsi ən real variant kimi görünür.

FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla dünyanın nəhəng neft şirkətlərindən biri olan BP-nin rəhbəri Bob Dadli (Bob Dudley) ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında çıxış edib.

"Neftin qiymətinə dair proqnoz vermək çətindir. Lakin, düşünürəm ki, 50-65 dollar/barel diapazonu müəyyənləşəcək", - o qeyd edib.

Xatırladaq ki, BP rəhbəri Beynəlxalq Enerji Agentliyi (IEA) kimi neftin gələcək qiyməti ilə bağlı "uzun müddət aşağı" proqnozunu müdafiə edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz