06 mart 2018 16:49

8 Mart kampaniyaları – HOTEL RESTORANLARI, QİYMƏTLƏR

Bakının elit hotellərində fəaliyyət göstərən restoranlar 8 Mart Beynəlxalq xanımlar gününə özəl kampaniyalarla hazırlaşıb.
FED.az xəbər verir ki, bu kampaniyalar təklif olunan xidmətlər və qiymətlərlə bir-birindən fərqlənir.

Ən sərfəli 8 Mart kampaniyası “HYATT REGENCY”də – 55 manata
“HYATT Regency Baku” hotelinin “Mezzo” restoranında 8 Marta özəl olaraq təşkil olunacaq şam yeməyi saat 19:00-da başlayacaq. Bir nəfər üçün qiymət 55 manatdır. Bu qiymətə 5 qida növü – 7 çeşid salat, 1 çeşid əsas yemək, 1 çeşid desert, 1 şüşə şərab və çox sayda qəlyanaltı arasında seçim edə bilərsiniz. Rezervasiya olunmuş masalardakı 2 bakal şərab da bu qiymətə daxildir.
Restoran xanımları güllə qarşıyacaq. Gecəni canlı saksafon musiqisi müşayiət edəcək. Ümumi dekorasiya romantik arnamentlərdən təşkil olunacaq. 8 Martı “Mezzo” restoranında qeyd etmək istəyənlərə bildirək ki, rezervasiya 7 mart saat 17:00-a qədər davam edəcək. Uşaqlı ailələr düşünülüb, belə ki, bu kampaniya 6 yaşdan aşağı uşaqlar üçün ödənişsiz, yaşı 6-dan yuxarı olan uşaqlar üçün isə 50% endirimlə olacaq. Restorandan bildirdilər ki, yerlər məhduddur.

2 nəfər üçün 538 manata 8 Mart kampaniyası
“Fairmont” hoteldə fəaliyyət göstərən “Fairmont Gold”da da 8 Mart tədbiri saat 19:00 başlayacaq və 00:00-a qədər davam edəcək. Burada bir nəfər üçün qiymət 269 manat, iki nəfər üçün isə 538 manatdır. Bu qiymətə 5 növ qida və şərab daxildir. 2 çeşid – fransız və italyan şərablardan birini seçə bilərsiniz. Kampaniya menyusundan başlanğıc yemək, qəlyanaltı, əsas yemək, salat və desert seçə bilərsiniz.
“Fairmont” hotelin 3-cü mərtəbəsində fəaliyyət göstərən “The Jazz Club”da da 8 Mart kampaniyası təşkil olunacaq. Burada bir nəfər üçün qiymət 100 manatdır. Caz musiqisi sədaları altında davam edən gecədə kokteyl və şirniyyat təklif olunacaq.

100 manata alkoqolsuz, 160 manata alkoqollu
“JW Marriot Absheron Baku” hotelinin “Fire Worts” steyk restoranında bayram süfrəsi saat 19:00-da 00:00-a qədər davam edəcək. Kampaniyanın bir nəfər üçün qiyməti 100 və 160 manatdır. Hər iki qiymətin menyusu eynidir – 5 növ qida – başlanğıc yemək, qəlyanaltı, əsas yemək, salat və desert. Bu iki qiyməti fərqləndirən məqam odur ki, bir nəfər üçün 160 manata olan kampaniyada alkoqollu içki də sifariş etmək olur, amma 100 manatlıq menyuda bu, mümkün deyil.
“JW Marriot Absheron Baku”nun tərkibində fəaliyyət göstərən “Oronero” italyan restoranında da qiymət və xidmət eyni olacaq. Fərqli məqam isə ondan ibarətdir ki, burada müştərilərə italyan yeməkləri təklif olunacaq.
Hər iki restoranda rezervasiya martın 8-nə qədər davam edəcək, ödəniş isə yerində olunacaq.

“Belvedere” restoranında 6 saatlıq 8 Mart proqramı
“Excelsior Hotel”in “Belvedere” restoranında da 8 Mart ilə bağlı şam yeməyi saat 19:00-da başlayıb 01:00-a qədər davam edəcək. Burada bir nəfər üçün qiymət 59 manatdır. Bu qiymətə müxtəlif növ yeməklər – salatlar, qəlyanaltı və isti yeməklər, desertlər, eyni zamanda sərinləşdirici içkilər, şampan və şərab daxildir. Proqram canlı musiqi sədaları altında davam edəcək. “Bevedere” restoranından bildirdilər ki, zal 60 nəfərlikdir. Rezervasiya 7 mart iş gününün sonuna qədər davam edəcək.

24-cü mərtəbədə romantik şam yeməyi, gecə saat 02:00-a qədər
“Hilton” hotelin 24-cü mərtəbəsində yerləşən “Sky Grill” restoranında da 8 Mart kampaniyası təşkil olunub. Burada romantik axşam yeməyi saat 20:00-dan 02:00-a qədər davam edəcək. Bi nəfər üçün qiymət 100 manatdır. Bu qiymətə 6 növ yemək daxildir – başlanğıc yemək, qarnir, qəlyanaltı, əsas yemək, salat və dessert. Burada limitsiz alkoqolsuz içki təklif edilir. Restorandan bildirdilər ki, alkoqollu içki verilmir. Gecəni canlı musiqi müşayiət edəcək.
Məlumata görə, rezervasiya martın 7-si iş vaxtının sonuna qədər davam edəcək. Ödənişin 50%-i rezervasiya zamanı ödəniləcək. Bildirilir ki, artıq restoranın 60-70%-i bron edilib.

Lanç 50, şam yeməyi 150 manata
“Four Seasons” hoteldə fəaliyyət göstərən “Zafferano” restoranında 8 Mart münasibətilə saat 11:00-dan 14:30-a qədər endirimli lanç olacaq. Lançın 1 nəfər üçün qiyməti 50 manatdır. Xidmət: açıq bufet.
Saat 19:00-dan isə canlı musiqi sədaları altında şam yeməyi təklif edilir. Kampaniyanın 1 nəfər üçün qiyməti 150 manatdır. Bu qiymətə 4 set menyu daxildir. Kompliment olaraq xanımlara 2 bakal şərab təklif olunacaq.
Restorandan bildirdilər ki, 150 nəfərlik zalın 40%-ə qədəri bron edilib. Rezervasiya sabah axşama qədər davam edir. Ümumi ödəniş isə yerində olunacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz