06 mart 2018 09:50

Ötən ilin ən çox satılan avtomobilləri

“Focus2move” analitik agentliyinin ekspertləri 2017-ci ilin ən uğurlu avtomobil istehsalçılarının reytinq cədvəlini hazırlayıb.

FED.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Siyahıda birinci yerdə Almaniyanın “Volkswagen Group” avtokonserni gəlir. Şirkət ötən il ərzində 10,4 milyona yaxın maşın satıb ki, bu 2016-cı il göstəriciləri ilə müqayisədə 3,5 faiz çoxdur.

İkinci yerdə Yaponiyanın “Toyota Motor” şirkəti qərarlaşıb. Adı çəkilən şirkətin satış həcmi 2017-ci ildə təxminən 10,2 milyon təşkil edib.

İlk üçlüyü 10 milyonluq satış həcmi ilə “Renault-Nissan” avto-ittifaqı tamamlayır.

Siyahıda ardınca gələn “Hyundai-Kia” ötən il 7,2 milyon, “General Motors” isə 6,8 milyona yaxın avtomobil satıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz