05 mart 2018 17:03

Bakıdan Varşavaya birbaşa aviareys açıla bilər

Bakıdan Varşavaya (Polşa) birbaşa aviareysin açılması istiqamətində danışıqlar gedir.

FED.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Bununla belə, onun sözlərinə görə, Polşadan Azərbaycana turist cəlb etmək üçün əcnəbilərə sərfəli qiymətə təkliflər edilməlidir: "Polşa bazarı ərəb bazarı kimi deyil. Polyaklar daha aşağı qiymətə uçmağa, ucuz dincəlməyə öyrəşiblər. Azərbaycan otelləri Polşa vətəndaşları üçün özəl təkliflər verməlidir. Hazırda bununla bağlı işlər aparılır. Ona görə də uçuşun həyata keçiriləcəyi dəqiq tarix deyə bilmərəm”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz