05 mart 2018 11:27

Omandan Azərbaycana birbaşa aviareys açılacaq

Bu il Omanın “SalamAir” aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş İcraçı direktoru (CEO) Kəpt Məhəmməd Əhməd (Capt Mohammad Ahmed) məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi9 şirkəti Azərbaycan paytaxtı ilə yanaşı, Tehran (İran), Tbilisi (Gürcüstan), Dəkkə (Banqladeş) və Katmandu (Nepal) istiqamətlərində də birbaşa aviareyslər yerinə yetirmək niyyətindədir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz