05 mart 2018 09:20

Maşın bazarında qiymətlər düşdü - VİDEO

Tovuzdakı maşın bazarında son iki həftədir qiymətlərdə enmə müşahidə olunur. Amma qiymətlər aşağı düşsə də, maşın alanlar azdır.

FED.az xəbər verir ki, Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500 manata qədər ucuzlaşma olub. Almaniya, Yaponiya və digər ölkələrin avtomobillərinin qiymətlərində də enmə var. Satıcılar belə avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin enməsinin həm bazardakı durğunluqla, həm də mövsümlə əlaqəli olduğu bildirilir.

Ucuzlaşmaya baxmayaraq, bazarda durğunluq davam etməkdədir. Qiymətlərin enməsi alıcıları sevindirsə də, onlar daha çox ucuzlaşma gözləyirlər.

Bərdə bazarında da ucuzşlama müşahidə olunur. Bildirilir ki, bu ərəfədə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya səbəb olub.

Bazarda daha cox satışa çıxarılan Rusiya istehsalı olan avtomobillərdir. Belə maşınların qiyməti də 500 manata qədər aşağı düşüb.

Satıcılar alıcılıq qabliyətinin aşağı olduğunu deyir. Ucuzlaşmanın növbəti həftələrdə də davam edəcəyi gözlənilir.






XezerXeber

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz