03 mart 2018 12:10

Məşhur turizm obyektinə 2 milyon manat yatırılıb

Qobustanda fəaliyyət göstərən “Qobuland” istirahət kompleksinə 2 milyon manat investisiya yetırılıb.

FED.az xəbər verir ki, Qobustan rayon İcra Hakimiyyətinin verdiyi məlumata görə, turizm üzrə 2 milyon 150 min manat investisiya qoyuluşu sayəsində “Strateji” MMC tərəfindən “Qobuland” istirahət kompleksində yeni istirahət meydançaları yaradılıb. Ümumi sahəsi 270 kvadratmetr olan üçmərtəbəli restoran, 300 kvadratmetrlik buz meydançası salınıb. Bu layihə üzrə ümumilikdə 3 milyon manat investisiyanın qoyulması, 10 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

@azerbaijan-news.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz