03 mart 2018 10:06

Bu ölkədə dəmir yolları və hava limanları işləmir - ŞAXTA

Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib.

FED.az-ın məlumatına görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.

London metropoliteninin bəzi stansiyaları bağlanıb.

Bundan başqa, ölkənin hava limanlarında da ağır vəziyyət davam edir. Şotlandiyada Edinburq və Qlazqo aeroportları ümumiyyətlə işləmir.

İngiltərədə isə Londonun Hitrou, Qatvik və Stensted, eləcə Mançester hava limanı çoxlu sayda uçuşların ləngidiyini və təxirə salındığı məlumat verilir.

Yüzlərlə avtomobil yollarda qalıb. Şaxtalı havanın davam etdiyi müddətdə 9 nəfərin həlak olduğu bildirilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz