02 mart 2018 12:18

Bakıda yeni Narkoloji Mərkəz istifadəyə veriləcək

Bakıda yaxın vaxtlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşir.

Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib.

Mərkəzdə narkoloji asılılıqdan müalicə alan insanlar müalicə olunacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz