01 mart 2018 18:26

Dünyanın ən zəngin ailələri - SİYAHI

Dünyanın ən zəngin ailələri deyəndə insanın ağlına dərhal Rokfeller ailəsi, Rotşild ailəsi, Oppenhaymer ailəsi gəlir. Ancaq onların arasında heç vaxt eşitmədiyimiz adlar da var.

FED.az 2017-ci ilin yekunu üçün dünyanın ən zəngin 10 ailəsini təqdim edir:

10) Koks ailəsi- 41 milyard dollar

ABŞ-da yaşayan ailə hakimiyyətə ilə əlaqələrini necə ailə sərvətinə çevirəcəyini bilirdi. Ceyms Middlton Koksun 1920-ci ildə de yeritdiyi prezidentliyə namizədliyi uğursuz alındı. Siyasətdə uğursuzluqdan sonra Koks, bir neçə qəzetin idarəçiliyini əlinə aldı və “Enterprises” adlı media şirkətini qurdu. Ayrı bir tərəfdən Demokrat partiyasına və Franklin Ruzveltə yaxınlığını davam etdirdi. Media şirkəti hazırda Koksun iki nəvəsi tərəfindən idarə olunur.

9) Bettenkourt Ailəsi - 42,7 milyard dollar

1909-cu ildə fransız-alman əsilli kimyaçı Ejen Şüller xüsusi bir saç boyası formulu yaradıb. O vaxtlar Paris “dünyanın moda paytaxtı” hesab olunurdu.Nəticədə o, zəngin parislilərin sayəsində xeyli sərvət əldə etdi. Qızı Liliane Bettenkourt valideynlərinin ölümündən sonra şirkəti idarə edir. Hazırda dünyanın ən zəngin qadını hesab olunur.

8) Kargil-Makmillan ailəsi 49 milyard dollar

1865-ci ildə Uilyam Vallas Kargil tərəfindən qurulan “Cargill İnc.” şirkətinin gəlirinin 88%-i Kargil-Makmillan ailəsinə məxsusdur. Bu ailədə 14 milyarder var.

7) Arnault ailəsi- 63,8 milyard dollar

Fransada yaşayan milyarder ailə denyada məşhur olan Luis Vuilton və Kristian Dior markaları ilə tanınır.Ailə başçısı Bernar Arnault Luis Vuilton markasının icraçı direktoru və meneceridir. İki övladı var, onun kimi şirkətdə yüksək vəzifələri tuturlar.

6) Slim ailəsi - 64,3 milyard dollar

Meksikalı ailə Forbes jurnalında 2010-2013-cü illərdə dünyanın ən zəngin ailəsi kimi qeydə alınmışdı. Ailənin başçısı Karlos Slim Karso qrupunun əsasını qoyub və övladları ilə birgə idarə edir.

5) Mars ailəsi- 80 milyard dollar

Mars ailəsi sərvətinin böyük bir hissəsini şirniyyata borcludur. Ailəyə məxsus “Mars Inc”. Şirkəti dünyanın ən böyük şəxsi şirkət hesab olunur və 1911-ci ildən bəri şirniyyat işi ilə məşğul olur. Şirkəti Franklin Mars qurub, hazırda oğlu Forrest idarə edir. Markanın ən mühüm məhsulları isə “Mars Bar” və “M&ms” sayılır.

4) Kox ailəsi - 100 milyard dollar

Əsas mərkəzi ABŞ-da yerləşən “Koch Industries” dünyanın ikinci ən böyük şəxsi şirkəti sayılır. Şirkət çoxmillətli, holdinq yaratmış bir qurumdur və neft, daşınmaz əmlak, əkinçilik, ticarət, kimya, maliyyə, gübrə və ev materialları üzrə investisiyaları var. Şirkətin əsasını Fred Kox qoyub. Hazırda oğlu Devid tərəfindən idarə olunur.

3) Volton ailəsi - 149 milyard dollar

Sam Volton 1940-cı illərin sonu,50-ci illərin əvvəllərində ilk şirkətini ABŞ-ın Arkanzas ştatında qurub. İlk adı “Walmart Discount City” idi. Hazırda mağazanın r adı “Wal-Mart Stores Inc. Walton”dur. Şirkətin təxminən 2,1 milyon əməkdaşı var.

2) Rotşild Ailəsi - 350 milyard dollar

Alman ailənin adı hələ 18-ci əsrin sonlarından bəri məşhurlaşıb.Ailənin lideri Meyer Rotşild hamı tərəfindən tanınan maliyyə direktoru idi. Bank işi qurmaq üçün ailə saraydakı mövqeyindən istifadə etmişdi. Mayer beş oğlunu bank idarəçiliyi ilə məğul olmaq üçün London, Frankfurt,Neapol, Paris və Vyanaya göndərmişdi.

1)Səudiyyə xanədanı- 1,4 trilyon dollar

Bu ailə 1923-cü ildən hökümət başına gəlsə də, ölkəni 1700-cü illərdən bəri idarə edir. Ailənin lideri kral Əbdüləziz sayılır. Ailənin əsas sərvəti idarəçiliyi altında olan neft sənayesindən gəlir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz