27 fevral 2018 11:58

"METAK" violların istehsalına başlayır

Yaxın vaxtlarda Azərbaycanın METAK şirkəti içərisinə şaftalı, armud, alma, kivi və s. meyvələr yığılan plastik qabların (viol) istehsalına başlayacaqdır.

FED.az xəbər verir ki, bunu METAK şirkətinin satış direktoru Tural Xəlfəyev bildirib.

Həmçinin şirkət tikişli dəmir boruların istehsalına da hazırlaşır. Bu məqsədlə yeni zavod qurulur.

Eləcə də bax: “Petkim”ə yeni baş direktor müavini təyin olunub

Hazırda METAK şirkəti bitkiçilik və meyvəçilik sektorları üçün plastik taralar (yeşiklər) istehsal edir:

"Şirkətimizin Azərbaycanda Bakı, Sumqayıt, Neftçala və Qusar rayonunda istehsal sahələri mövcuddur. Balaxanı Sənaye Məhəlləsində, Neftçala Sənaye Məhəlləsində və Sumqayıt Sənaye Zonasında yerləşən zavodlarımızda bitkiçilik və meyvəçilik sektorları üçün plastik taralar (yeşiklər) istehsal olunur. Sumqayıtda 300 kq tutumu olan konteynerlər (böyük taralar) istehsal olunur. Bu konteynerlərin əsas alıcıları böyük soyuducu anbarlardır. Tara istehsalı müəssisəsi aqrar sahəyə yaxın olmalıdır. Bu səbəbdən bu istehsalı ölkəmizin müxtəlif nöqtələrində qurmuşuq. Qusarda beton dirəklər də istehsal edirik. Bu dirəklərdən üzümçülük və meyvəçilikdə istifadə olunur. Plastik borular və fitinqlər Bakıda Böyükşor ərazisində yerləşən zavodumuzda istehsal olunur".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz