27 fevral 2018 09:27

“Gulf Air” Bakıya uçuşlara hazırlaşır

Bəhreynə məxsus “Gulf Air” aviaşirkəti Bakıya birbaşa uçuşlara başlamağı planlaşdırır.

FED.az “Bahrain News” agentliyinə istinadla xəbər verir ki, “Gulf Air” şirkəti 2018-ci ilin aprel ayından etibarən 5 ölkəyə - Azərbaycan, Mərakeş, Hindistan, Səudiyyə Ərəbistanı və Misirə ümumilikdə 8 istiqamət üzrə uçuşlara başlayacaq. Bakıya planlaşdırılan uçuşun müddəti 4 saat 25 dəqiqədir.

Qeyd edək ki, bu yaxınlarda Bəhreyn hökuməti Azərbaycan vətəndaşları üçün elektron viza sisteminə keçidi təmin edib.

Məlumatda, həmçinin “Gulf Air” aviaşirkətinin bu il 39 təyyarə almağı planlaşdırdığı da bildirilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz