24 fevral 2018 21:35

"Akkord" işçilər axtarır - VAKANSİYALAR

FED.az xəbər verir ki, "Akkord" şirkəti bir neçə vəzifə üzrə vakansiya elan edib.


1. Satınalma Mütəxəssisi

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili bilməsi arzu olunandır
• Rus dili
• MS Office, LOGO proqramlarında işləmə bacarığı arzu olunandı
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (istehsalat sahəsində işləyənlərə üztünlük verilir)
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək

Vəzifələr:

 Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasının aparılması və tələb olunan mal və materiallar üçün istər ölkə daxilində istərsə də ölkə xaricində uyğun satıcının tapılması;
 Kritik stokları müəyyənləşdirilmiş məmulatların təyin edilmiş say səviyyəsinin saxlanılmasını təmin etmək;
 Etibarlı təchizatçıların müəyyənləşdirilməsi.
 Alınmış məmulatların keyfiyyət və logistika məsələlərinin həll edilməsinə dəstək olmaq;
 Qiymət və maliyyə analizlərini həyata keçirmək;
 Mal və materialın alışı üçün müqavilə şərtlərini müəyyən etmək və izləmək:
 Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
 Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
 Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
 Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
 Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
 Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
 Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini təhlükəsiz yerdə saxlamaq;
 Təsərrüfat sübyektinin uçot siyasəti və prosedurlarına uyğun olaraq xərclərin razılaşdırılmış çərçivədə istifadəsini təmin etmək;
 Satınalma ilə əlaqədar hesabatları hazırlamaq və İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
 Hesabatlar hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı

E-mail: Murad.Hacimemmedov@akkord.az


2. Tender üzrə Mütəxəssis

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• İngilis dili
• Rus dili
• MS Office,
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (istehsalat sahəsində işləyənlərə üztünlük verilir)
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• İstehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.

Vəzifələr:

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətin və onun balansında olan müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək, o cümlədən komissiyanın qərarına əsasən dəvət məktublarını tərtib etmək, malgöndərənlərə (podratçılara) dəvət məktubları göndərmək, keçirilən tenderlə bağlı malgöndərənlərin (podratçıların) suallarına cavablandırmaq və ya sualları aidiyyəti şəxslərə çatdırmaq;
• Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
• Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
• Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
• Tender prosesində şirkətin təmsil olunması;
• Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
• Təkliflərin toplanması prosesinin idarə olunması;
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
• Tender təkliflərini təhlil etmək; ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
• Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Nəqliyyat ilə təmin edilmə
Yüksək əmək haqqı

E-mail: Murad.Hacimemmedov@akkord.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz