21 fevral 2018 14:52

Dünyanın məşhur markalarının adı necə yaranıb?

Markaları yaradan insanlardır, hər bir markanın yaradılmasında olduğu kimi, adlandırılmasında da maraqlı məlumatlar mövcuddur.

1) Amazon

İlk adı Cadabra olan olan Ceff Bezosun məşhur şirkəti Amazon ilk adının Cadaver (Kadavra) mənasına gəldiyi üçün dəyişdirmək məcburiyyətində qaldı. Cek Manın Alibabası kimi Ceff Bezos da Amazonu əlifba sırasında ilk hərf olan A hərfi ilə başlamasına görə seçmişdi. Bezos istəyirdi ki, Amazon dünyanın ən böyüyü olsun, elə dünyanın hövzəsinə görə də ən böyük çayı Amazon çayı olduğundan bu ad seçilmişdi.

2) İKEA

Şirkətin qurucusu yaxın zamanlarda vəfat etmiş Ingvar Kamprad idi. Ona görə də Kamprad öz ad və soyadını , dünyaya gəldiyi məhlənin adı olan Elmtarydı və böyüdüyü kəndin Agunnarydın baş hərflərini birləşdirərək İKEA markasını yaratmışdı.

3) P&G

Sabun istehsalçısı William Proctor ilə şam istehsalçısı James Gamble 1837-ci ildə eyni ailənin iki bacısı ilə evlənib bacanaq olduqdan sonra güclərini birləşdirdmə qərarı alırlar. Beləliklə günümüzdə də məşhur olan P&G şirkəti qurular.

4) Starbucks

İlk adı Herman Melville’in klasik romanı olan Moby Dick’teki gəminin adı “Pequod” olaraq düşünülər. Ancaq bu isim idarə heyəti tərəfindən rədd edildikdən sonra romanda istifadə edilən başqa bir ad olan Starbuck razılaşdırılar.

5) Vodafone

İngilis mənşəli telekomonikasiya devi ingiliscədən tərcümədə (voice-səs) Vo , (data- məlumat) Da, (telephone- telefon) Phone adlarının birləşməsi ilə meydana gəlib.

6) LEGO

Danimarka şirkəti olan LEGO , azərbaycan dilinə tərcümədə yaxşı oyna mənasına gələn Legdt Godt sözlərinin baş hərfidir.

7) Coca-cola

Cola bitkisinin yapraqları və cola fıstığının adından meydana gəlmişdir.

8) Nike

Yunanıstanda qələbə ilahəsi olan Nikeadan irəli gəlir.

9) Virgin Records

Bir gün Richard Bransona bir dostu deyir ki, Sən bu sektoru heç bilmirsən, bakirə (virgin) sayılırsan . Bu fikri bəyənən Branson məşhur Virgin Recorsu qurar.

10) Adidas

1949-cu ildə Adolf Dassler ləqəbi olan Adi adına soyadındankı ilk üç hərfi əlavə edərək məşhur Adidası yaradar.

11) Nintendo

Şirkətin adı yaponcadan, nin güvənilən, tendo cənnət deməkdir.

12) Reebok

Əfsanələrə görə bu ad Afrikadakı məşhur antilop adının belə səslənməsindən irəli gəlir.

13) Volkswagen

Almancadan mənası xalqın avtomobili deməkdir.

14) Pepsi

Deyilənə görə ad həzm fermenti olan pepsin adından irəli gəlir.

15) İntel

İntegrated Electronicsin qısaltması

16) Canon

Qurulduğunda Buddizmdəki mərhəmət ilahəsi olan Kwanon adından irəli gəlirdi, nə vaxt ki dünyaya açıldı adı Canon oldu.

17) Nissan

Yaponiya sənayəsi mənasına gələn Nippon Sangyo söz birləşməsinin ilk hərflərinin birləşməsindən yaranıb.

18) İBM

Məşhur kompüter devinin açılışı International Bussiness Machines mənasına gəlir.

19) Nikkon

Məşhur kamera və lens şirkəti olan Nikkon yapon optikası mənasına gələn Nippon Kogaku’nun hərflərinin qısaltmasıdır.

20) Saab

Bir zamanlar sağlamlığı ilə məşhur olan avtomobil şirkətinin mənası İsveç havaçılıq şirkəti (Senska Aeroplan Aktiebolaget ) deməkdir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz