21 fevral 2018 11:57

Filial direktoru məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Ramin Səməndərov və Kifayət Səmədovanın məhkəmə prosesi başa çatıb. FED.az xəbər verir ki, Beynəlxalq Bankın Şamaxı filialının direktoru
Ə.Məmmədov elə məhkəmə zalındaca həbs olunub.


Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda oxunan hökmə görə, Ə. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.


Qeyd edək ki, Ə. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz