20 fevral 2018 09:45

Bakıda Hindistan məhsulları nümayiş olunacaq - SƏRGİ

Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixində Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək.

FED.az Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının saytına istinadən xəbər verir ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, eklektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi və Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Amay ticarət mərkəzində baş tutacaq.

1905-ci ildə yaradılan PHD( Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası 48,000 sahibkarlar subyektini özündə birləşdirən Hindistanın ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz