19 fevral 2018 09:04

Çörək sexində güclü partlayış - YARALILAR VAR

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov,1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz