17 fevral 2018 20:06

Xaricdən idxal 53% artıb – YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bu ilin yanvarında Azərbaycan 121 ölkə ilə 1 milyard 727 milyon 332 min dollarlıq xarici ticarət edib. FED.az xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 38,7 milyon dolları ixrac, 688,5 milyon dolları idxaldır. İlin ilk ayı üçün xarici ticarət saldosu müsbətdir ə 350,1 milyon dollar təşkil edir.

2017-ci ilin yanvarın ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 38%, ixrac 29,1%, idxal isə 53% artıb. 2017-ci ilin yanvarında xarici ticarətdə müsbət saldo 658,7 milyon dollar təşkil etmişdi. Başqa sözlə, ötən illə müqayisədə xarici ticarətdə müsbət saldo 1,9 dəfə azalıb.

Yanvar, 2017, min dollar

Yanvar, 2018, min dollar

İdxal

450 036

688 625

İxrac

1 108 761

1 038 707

Dövriyyə

1 558 798

1 727 332

Saldo

658 725

350 081

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz