17 fevral 2018 20:30

AzSığorta işçi axtarır - 3 VAKANSİYA

AzSığorta

Əmək haqqı hesablanması üzrə mütəxəssis

Öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət edilməsi;
• Əməkdaşların əmək stajını və əlavə məzuniyyət günlərinin hesablanması;
• Cəmiyyətin əməkdaşlarının davamiyyət (üzrlü və üzrsüz səbəbdən işə gəlməmə) məsələlərinin qeydiyyata alınması, nəzarət edilməsi, zərurət yarandıqda lazımi tədbirlərin görülməsinə dair şöbə əməkdaşına müvafiq təlimatların verilməsi;
• Məzuniyyət, xəstəlik və / və ya analıq ərizələrinə / vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi;
• Cəmiyyətin bütün strukturlarına aid aylıq davamiyyətin hesablanmasını təşkil və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasını düzgün və vaxtında həyata keçirməsi;
• Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə verilməsini təmin edilməsi;
• Əmək haqqıya dair hesablamalar aparmaq və hesabatlar tərtib edilməsi;
• Əmək haqqına dair bütün sorğu/sualları həll edilməsi;
• Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və prosesləri təkmilləşdirilməsi;
• Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazirlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
• “BTP" (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
• Əməkdaşlar üçün sosial sığorta kartlarının müvafiq qaydada ARDSMF-dan təhvil alınması və əməkdaşa təslim edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi.

Namizəddə tələblər:

• Ali İqtisadi - mühasibatlıq, audit və ya maliyyə üzrə təhsil;
• Əmək haqqı hesablanması üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında biliklərin olunması;
• 1 C proqramı üzrə işləmə bacarığı.
• Ms Office işləmə bacarığı.

Müraciət üçün link: http://hr.gilanholding.com/v/4683?lang=az

______

Mühafizəçi (AzSığorta)

Öhdəliklər:

• Filillarda təhlükəsizlik işinin aparılmasının təşkil edilməsi;
• Cəmiyyət tərəfindən ona tapşırılan texnika və avadanlıqlarının qorunması;
• Təhlükəsizlik ilə bağlı müvafiq işçiyə verilən sənədlərin mövcudluğuna və qaytarılmasını təmin olunması;
• Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi və tabe olduğu rəhbərinə məlumat verilməsi (rəhbərinin razılığı və təlimatı daxilində bu sənədləri icraçılara çatdırılması);
• Xüsusi (məxfi qrifli) sənədlərin məxfiliyinin qorunması.

Namizəddə tələblər:

• Mühafizə sahəsində ən azı 1 il iş təcrübəsi;
• Loyallıq və şirkət qaydalarına riayət edilməsi;
• Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında məlumatlı olması;
• Azərbaycan Respublikasının Qanunu, ilkin tibbi yardım qaydaları, yanğın söndürmə qayıdaları bilməli.

Müraciət üçün link: http://hr.gilanholding.com/v/4672?lang=az

___________


Tibbi və səyahət sığortası üzrə dispetçer (AzSığorta)

Öhdəliklər:

• Tibbi və səyahət sığorta şəhadətnamələri üzrə sığorta olunanların həmin şəhadətnamələrin şərtlərinə uyğun olaraq tibbi tələblərinin idarə edilməsi;
• Sığorta hadisələrinin qeydiyyatınn aparılması;
• Sığorta olunanlar tərəfindən gələn zənglərin qəbul edilməsi, müvafiq qeydlərin aparılması, həkim vizitləri təşkil edilməsi, müraciət edən xəstələri müvafiq klinikalara və həkimlərə istiqamətləndirilməsi;
• Daxil olmuş şikayətləri müvafiq qaydada qeyd edərək birbaşa müdirinə məruzə edilməsi;
• Sığorta hadisələri hesabatını birbaşa müdirinə təqdim edilməsi;
• Xüsusi hallarda sığorta hadisəsi zamanı məlumatı dərhal müdirinə və ya həkim-ekspertə təqdim edilməsi;
• Müştəridən göstərilmiş xidmət haqqında rəy alınması;
• Rəhbərlik tərəfindən gələn digər tapşırıqların vaxtında yerinə yetirilməsi.

Namizəddə tələblər:

• Ali tibbi təhsil;
• 1 il müvafiq sahədə iş təcrübəsi;
• MS Office proqramları üzrə işləmə bacarığı;
• Orta səviyyədə ingilis və rus dili biliyi arzu olunandır.

Müraciət üçün link: http://hr.gilanholding.com/v/4686?lang=az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz