16 fevral 2018 12:55

"Şahdəniz 2" layihəsinin 99%-i artıq tamamlanıb

2017-ci il “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 mln. təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istismara verilmə mərhələsinə daxil olmaqdadır.

“Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

“Səngəçal” terminalında “Şahdəniz 2” üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni “Şahdəniz 2” qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq “Şahdəniz 2” hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun. Şimal cinahında Xankəndi hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, “Şahdəniz 2” platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz