16 fevral 2018 12:43

2017-ci ildə BTC ilə 34 mln. ton xam neft ixrac olunub

2017-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri üzrə əməliyyat xərclərinə təqribən 133 mln. dollar, əsaslı xərclərə isə 29 mln. dollar xərclənib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, ötən il BTC vasitəsilə təqribən 34 mln. ton (256 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 383 mln. tondan artıq (təxminən 2,87 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 758 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%), AzBTC (25,00%), “Shevron” (8,90%), “Statoil” (8,71%); TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “İtochu” (3,40%), “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz