16 fevral 2018 12:40

AÇG-dən ümumilikdə 29 mln. ton neft hasil edilib

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, il üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (51 000), “Mərkəzi Azəri” (137 000), “Qərbi Azəri” (124 000), “Şərqi Azəri” (82 000), “Dərinsulu Günəşli” (117 000) və “Qərbi Çıraq” (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 mln. barel, yəni 29 mln. ton neft olub.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılıb.

Qeyd edək ki, Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 30,37%), SOCAR (25,00%), “Chevron” (9,57), “İnpex” (9,31%), “Statoil” (7,27), “ExxonMobil” (6,79%), TPAO (5,73), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) şirkətlərinə məxsusdur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz