16 fevral 2018 12:37

Ötən il AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi açıqlanıb

Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a verilən səmt qazının həcmi açıqlanıb.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 mln. kubmetr, ümumilikdə isə 2,9 mlrd. kubmetr səmt qazı verilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 30,37%), SOCAR (25,00%), “Chevron” (9,57), “İnpex” (9,31%), “Statoil” (7,27), “ExxonMobil” (6,79%), TPAO (5,73), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) şirkətlərinə məxsusdur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz