15 fevral 2018 13:15

İranda dollar satışı qadağan olunur

İranda valyuta böhranı yaşanır. Ölkə rəhbərliyi rialın dəyərdən düşməsinin qarşısını almaq üçün valyutadəyişmə məntəqlərini bağlamaq qərarına gəlib.

FED.az İran mediasına istinadən xəbər verir ki, çoxlu sayda valyuta alqı-satqısı ilə məşğul olan şəxsi həbs edilib.

Məlumata görə, rial dollar qarşısında rekord aşağı səviyyəyə geriləyib. Belə ki, dollar rial məzənnələri əməliyyatlarda 50 səviyyəsinə qalxıb.

Cənub qonşularımızda valyutadəyişmə məntəqələri, dolları banklara nisbətən daha yaxşı qiymətdən alıb-satdığı üçün vətəndaşlara daha çox bu məntəqələrə üstünlük verirlər.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz