14 fevral 2018 19:50

Gəncə və Hacıkənddə yeni otellər tikilir

Bu il Gəncə şəhərində və onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində 3 otel istifadəyə veriləcək.

FED.az xəbər verir ki, şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür.

Şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli “Otel Univermaq”ın isə dəmir-beton və daş-hörgü işləri başa çatıb.

Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli “ARFA” mehmanxanasında da son tamamlama işləri həyata keçirilir. “ARFA” mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz